Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boğazınızda sanki düyün, ağırlıq var? – Nəyi yoxlatmalı

  • 2019.10.16 18:01
  • 10033 Baxış
Boğazınızda sanki düyün, ağırlıq var? –  Nəyi yoxlatmalı
Bir çox insanlara bu hiss tanışdır. Sanki boğazında udqunma nöqtəsində ağır bir daş, düyün, ağırlıq və sıxılma var. Daha çox udqunanda bu hiss olunur. Qırtlaqda, qida borusunda sanki nəsə qalıb, amma baxdıqda heç nə yoxdur.


Medicina.az xəbər verir ki, bu vəziyyət çox xəstəliklərdə meydana çıxır və insan naəlac halda bir çox həkimlərə üz tutur. 


Hansı xəstəliklərdən şübhələnməli və kimə müraciət etməli?


Əgər bu hal varsa, birinci LOR həkimə gedib, boğaza baxılır.


Daha sonra qastroenteroloq- mədə, bağırsaq həkiminə gedilib, udlaq, qida borusu, mədə yoxlanılır.

Çünki çox zaman bu əlamət ezofagit, reflüks, stenoz, divertikul, mədədə şiş və s. xəstəliklərin siqnalı olur. Ona görə endoskopik müayinə vacibdir ki, mədə-bağırsaq patologiyaları istisna olsun.


Əgər bu orqanlarda ciddi problem aşkarlanmasa, o zaman artıq nevroloji statusludur. Stress, depressiya, nevroz, panik atak, qorxu və onurğa, baş beynin nevroloji problemlərində də insanın boğazı düyünlənir.