Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boğazında badam qırıntıları qalan körpə öldü

  • 2025.01.28 09:27
  • 1181 Baxış
Boğazında badam qırıntıları qalan  körpə öldü

Ağdaşda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Medicina.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə yanvarın 26-da saat 20:30 radələrində Ağdaş şəhərində qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü Kamran Şükran oğlu İsayev kəskin tənəffüs çatışmazlığı və bronxit bronxosdisiyası diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.

2 yaşlı körpənin nəfəs borusunda badam qırıntıları qaldığı məlum olub.

Körpə yanvarın 27-də saat 13 radələrində xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.