Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boğaz ağrısının səbələri nələrdir? - MÜALİCƏSİ

  • 2019.07.19 15:00
  • 8626 Baxış
Boğaz ağrısının səbələri nələrdir?  - MÜALİCƏSİ

Boğaz ağrısı ən çox şikayət edilən problemlərdəndir. Bəs bu problemin səbəbi nədi? Necə qorunmaq lazımdır? Medicina.az mövzu ilə bağlı maraqlı yazını təqdim edir.


Günümüzdə qrip, soyuqdəymə kimi birçox problem boğaz ağrısı ilə özünü büruzə verir.

Boğaz ağrısına nə yaxşı təsir edir?


Maye qəbulunu artırmaq  lazımdır.

Siqaret, çirkli hava kimi boğazı qıcıqlandıran, ağrıya təhrik edən ünsürlərdən uzaq durun

Tozlu ev həm allergiya, həm də xəstəliklərə birbaşa təsiri istiqamətindən zərərlidir.

İstifadə edilən parçaların keyfiyyəti və onlara uyğun olmayan yuyucu tozları da boğaz qıcıqlanmasına təsir edir.

Boğazı qar-qara etmək üçün evdəki məhsullardan istifadə edin. Həkim məsləhəti isə mütləqdir.

İçkilərin həddindən çox isti və ya soyuq olmamasına diqqət edin.

Udulması asan olan yeməklər yeyin.

Yatılan otağın nəmişlik olmamasına diqqət edin. Eyni zamanda həddindən çox quru olması da məsləhət deyil. Əgər elədirsə, otağa sobanın üzərinə su qoyun.

Boğaz ağrısının ən böyük səbəbi infeksiyadır. Yəni mikrob yuvasının olmasıdır. 

Müalicə müddəti xəstəliyin mərhələsindən asılıdır.

İnfeksiyadan xaric digər nünaslar da ağrıya səbəb ola bilər.


Farengit nədir?  - Əlamətləri, müalicəsi


Ümumi olaraq boğazımızın udqunma bölgəsi olan yutağımızın iltihablanmasına verilən addır. Ümumiyyətlə, müəllim xəstəliyi olaraq da bilinir. Adamda performans itkisinə səbəb olan bir xəstəlikdir. Farengit  ümumiyyətlə bakteriyalar səbəb olur. Bundan başqa qrip və soyuqlama da farengitə səbəb ola bilməkdədir. Kəskin və xroniki olmaq üzrə iki növ farengit növü vardır. Bunları açıqlayacaq olsaq;

Kəskin farengit: Boğazda yanma və qaşıntı ilə özünü büruzə verir. Yayıldığı zaman qulaqda ağrı və qızdırmaya səbəb ola bilər. Əgər streptokok növü bakteriyalar səbəb olursa, badamcıqlar də şüşə bilər.


Xroniki farengit: Uzun müddət sağalmayan boğaz ağrısı isə xroniki farenjit adlandırılır. Siqaret, spirt və tozdan meydana gəlir. Ağızdan nəfəs alma xroniki farengitin səbəbləri arasındadır. Bu sayədə boğaza davamlı bakteriya girişi olmaqdadır. Boğazda quruluq meydana gəlir. Adam özünü boğazında yumru varmış kimi hiss edir.


ƏLAMƏTLƏRİ

Ümumi olaraq hər adamda bənzər əlamətlər verməkdədir. Bunlar, boğazda ağrı, yanma, səs qısılması və boğazda hiss edilən quruluq hissidir. Udqunma çətinliyi də ən sıx görülənlər arasındadır.


Qorunmaq üçün;

• Siqareti tərgitmək

• Çox isti və çox soyuq içkilərdən uzaq durmaq

• Qapalı, tozlu, puslu mühitlərdən uzaq dayanmaq

• Həyatın hər mərhələsində faydalı olduğu kimi idman etmək

• Müəllimlərin mümkün olduğu qədər tozlu təbaşir istifadə etməmələri və yüksək səslə danışmaması

• Həddindən artıq acı və turşdan uzaq durmaq

• Yuxusuz qalmamaq və yorğun düşməmək

• Xüsusilə yatarkən dişləri fırçalamaq (bu, ağzınızdakı mikrobların yox olmasını təmin edər)

• Tərli ikən qorunmalısınız


DİAQNOZ

Diaqnoz üçün lazım olsa, qan testi, endoskopiya, kompüter tomografiya və rentgen çəkilməsi lazım ola bilər.


MÜALİCƏ

Evdə köməkçi müalicə olaraq adaçayı, evkalipt, darçın, xətmi, çobanyastığı çayı içilməsi və duzlu qarqara müsbət təsir edir.

Farengit bakteriyalar səbəb olduğu üçün həkiminiz sizə antibiotik istifadə etmənizi tövsiyə edəcək. Antibiotiklərin ilə yanaşı, ağrı kəsici-atəş salıcı dərmanlar, allergiya düşünülən xəstələrdə antihistaminiklər, burun spreyləri, öskürək kəsicilər istifadə edilə bilər. Xəstəlik müddətində istirahət etməniz və burnunuzdan nəfəs almaq faydalı olacaq.
Boğaz ağrısının səbələri nələrdir?  - MÜALİCƏSİ
Boğaz ağrısının səbələri nələrdir?  - MÜALİCƏSİ