Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bodrumda hoteldə kütləvi zəhərlənmə: 16 turist xəstəxanalıq oldu

  • 2024.07.19 11:51
  • 1418 Baxış
Bodrumda hoteldə kütləvi zəhərlənmə:  16 turist xəstəxanalıq oldu

Türkiyənin ən məşhur istirahət zonalarından biri olan Bodrumun Yalıkavak rayonundakı hoteldə kütləvi zəhərlənmə baş verib.

Medicina.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, hoteldə tətil edən 16 nəfər turistdə ürəkbulanma, qarın ağrısı və qusma şikayətləri müşahidə edilib. Onlardan bəziləri təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Bəziləri də öz imkanları ilə xəstəxanaya gediblər.

Müalicəsi tamamlanan turistlər xəstəxanadan buraxılıblar.

Hadisə ilə bağlı regional Sağlamlıq Müdirliyi və Rayon Kənd Təsərrüfatı Müdirliyi tərəfindən araşdırma başladılıb.


Aysel