BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi
BMT-nin baş katibi ABŞ-ın ÜST-lə bağlı qərarını dəstəkləmədi
2020.04.15 08:23
4465 Baxış
BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırması barədə bəyanatına münasibət bildirib.
A. Quterreş ABŞ-ın bu addımını düzgün adlandırmayıb.
“Hazırda ÜST və ya virusla mübarizə aparan hər hansı digər humanitar təşkilatın işi üçün maliyyəni azaltmağın vaxtı deyil. Əminəm ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Çünki, dünyanın COVID-19 ilə müharibədə qalib gəlməsi vacibdir”.