“Bu gün repetitor yanına getməyən uşaq ali məktəbə qəbul ola bilmir. İllər öncə 11-ci sinifdə təhsil alan cəmi bir neçə şagird repetitor yanına gedirdisə, hazırda bu, kütləvi hal alıb.
İndi hətta ibtidai sinifdən başlayaraq şagirdlər repetitor yanına gedirlər. Amma o da faktır ki, repetitor yanında hazılaşan şagirdlərin əksəriyyəti ali məktəbə daxil olur. Repetitor yanına getmədən imtahanda uğur qazanan abituriyentlər isə barmaqla sayılacaq qədərdir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, orta məktəbləri tələbə hazırlayan məktəblərə çevirməliyik:
"Ardınca da universitetlərə muxtariyyat verməliyik ki, orda yaxşı müəllimlər dərs desin. Uşaq ali məktəbə daxil olanda təhsildən sönməsin. 600-dən yuxarı bal toplayıb ali məktəbə gedir, bitirəndə heç nəyə nail ola bilmir. Bizim Tibb Universitetini qutaran gedib Türkiyədə rezidentura keçməsə, həkim ola bilmir. Bu standartlarla həkim yetişmək mümkün deyil. Budur bizim əsas problemimiz. Mütəxəssis olmaq üçün xarici ölkədə oxumalısan”.
Qəssab və rüşvətxor ola bilər.
Mütəxəssis, peşəkar olmaq üçün ani də olsa mükəmməl-hərtəfli analitik düşüncə və qərarın uyğunluğunun mümkün yoxlaması gərəkdir! 35 ildir xəstəxanalar təcrübə ordinatoru deyil, əlüstü biznes bazarına çevrilib? Bununla belə həkimlərimiz hüquq və iqtisadiyyatın digər sahələrinə nisbətən ümumən təqdirə layiqdirlər! Partiya və siyasətin krioriteti isə tərəfdaşına tərəfkeçlikdir! Qərar öncədən hazırcavabdır-Keçəl, başını yudun? Bəli Şef, yumuşam da, daramışam da! Ya da, rəis (2+2) Sizə necə gərəkdir, o qədər də olacaq? Azərbaycan 35 ildir qanuni təhlükəsizlik hüququnu təmin edə bilmir?
Cənab deputat sizin öz ixtisasınız nədir və siz hanzi ali məktəbi qutarmısınız.Deyə bilərsinizmi mən öz ixtisasımı heç olmasa 50 faiz mükəmməl bilirəm.
Fazil bəy sanki Amerika açıb.Ay kişi Azərbaycanda indi nə orta.nə ali təhsil var.Sadəcə diplom satılır və alınır.Mütəxəssis necə yetişəcək?Bunun günahı müəllimləri savadsız buraxan pedaqoji universitetlər,təhsil dövlət qayğlslnln yoxluğu,kadr siyasətinin Dövlət tərəfindən fiaskoya uğradılmasıdır.
Qardaş.bunun.günah.deputatlardı.qanunlar.işləmir.deputat.var.hələ.ağzın.acıb.danışmayıb.əvəl.evın.ici.oz.nöqsanınızdan.danışın.