Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bizi xəstə edən davranışlara verdiyimiz reaksiyalardır

  • 2017.11.08 11:53
  • 18922 Baxış
Bizi xəstə edən davranışlara verdiyimiz reaksiyalardır
Araşdırmalar göstərir ki, son zamanlarda psixoloji xəstəliklərin sayı durmadan artır. İnsanlar sağlam düşüncə ilə düşünmək, çıxış yolu tapmaq əvəzinə ya intihara meyl edir, ya da özlərinə mənəvi cəhətdən ziyan vururlar.

 

Medicina.az xəbər verir ki, psixoloq Ramil Nəcəfli modern.az-a verdiyi açıqlamada vəziyyətə aydınlıq gətirib.

 

"Psixolji xəstələr artsa da, onlar özlərini xəstə saymırlar. Bunu şəxsi həyat və ya xarekter kimi qəbul eləyib o cür davranırlar. Düşdükləri vəziyətin bir psixoloji xəstəlik olduğunu və müalicəyə ehtiyacı olduqlarını bilmirlər. Bir çoxları sanki fəxrlə deyir ki: "Mən əsəbi adamam. Mən nevrozam. Çox adam olan yerə getmək mənlik deyil. Tək qalmaqdan xoşum gəlir”.

 

Psixoloq qeyd edir ki, içində olduqları vəziyət müalicə olunası bir xəstəlikdir.

 

Xəstəliyin səbəblərinin isə çoxsaylı olduğunu diqqətə çatdırıb:

 

"Şəxsi travmalar, neqativ xatirələr, sevgidə və  şəxsi həyatda uğursuzluqlar, ətrafda baş verən hadisələrə və insanların davranışlarına həssas və dözümsüz reaksiyalar, özlərinin və ya yaxınlarının sağalmaz xəstəlikləri, itkilər, boşanma halları, iqtisadi çətinliklər, sosial vəziyyət, ətrafdakı insanlara inamsızlıq və ya özgüvən azlığı psixoloji xəstəliklərin həm yaranma həm də artma səbəblərindəndir”

 

Psixoloqun sözlərinə görə, genetik faktor  bu xəstəliklərin inkişafında daha az rol oynayır:

"Genetik səbəb azdır, şüuraltı səbəblər daha çoxdur. Məsələn, panik atak, sosial fobiyalar şüuraltı prosesdir. Adam qorxur, amma niyə qorxduğunu bilmir. Səbəb isə şüuraltında yatır”

 

Psixoloq düşüncəni dəyişməyin əsas olduğunu və düşüncə tərzi dəyişməzsə müalicənin mümkünsüzlüyünü də vurğulayıb.

 

"Düşüncə dəyişməsə düzəlməyəcək. Bizi xəstə eliyən hadisənin özü və ya adamların davranışları deyil. Onlara necə reaksiya verməyimizdir”