Amerika dietoloqları hesab edir ki, piylənmə, kökəlmə 15-20% hallarda qəbul olunan dərman preparatları ilə əlaqədar olur.
Nəinki məşhur hormonal dərmanlar, bəzən adi ağrıkəsici belə kökəlməyə təkan verir. Səbəb: o dərmanın ya iştah artırması, ya kalori yanmasına mane olması, ya bədəndə mayeni toplaması, şişkinlik yaratmasıdır. Qısası bir dərman hər insana eyni təsir etmir.
Medicina.az insana köklük, şişkinlik verə biləcək dırmanları təqdim edir:
Depressiya, nevroz, stress hallarında yazılan aşağıdakı tərkiblər:
-Sitalopram
-Fluvoksamin
-Mirtazapin
-Paroksetin
-Sertralin
Bu tərkiblər iştahı artırır, emosiyanı qaldırır.
Bir çox antidepressantlar 3 ay istifadə müddətində sizə 10 kq-a qədər çəki qazandıra bilər.
Əhval ruhiyyə stabilizatorları
-Klozapin
-Olanzapin
-Kvetiapin
-Risperidon
Biopolyar pozğunluqlar və şizofreniyanın müalicəsində yazılan bu tərkiblər maddələr mübadiləsini pozur, iştaha nəzarəti itirir. Artıq 2 ay sonra 3-4 kq çəki artımı hiss olunur. Bu dərmanları qəbul edən insanlarda sanki yemək düyməsi daim aktiv olur.
Şəkərli diabet preparatları:
-İnsulin
-Qlipizid
-Qliburid
-Nateqlinid
-Repaqlinid
Yeməkdən öncə insulinin sintezini aktivləşdirən bu kimi preparatlar orqanizm dərmana öyrəşənə kimi ilk başda kökəlmə verir. Daha çox II tip diabet xəstələri risk altındadır.
Ağrıkəsici və iltihabəleyhinə kortikosteroidlər:
-Metilprednizolon
-Prednizolon
Astma, autoimmun dəyişikliklərin müalicəsi üçün tablet, gel, maz, inyeksiya şəklində olan bu preparatlar metobolizmi zəiflədir, bədəndə daha çox piy ehtiyatı toplamaq siqnalı verir, iştah artırır və yuxusuzluq gətirir.
Miqren və insulta qarşı dərmanlar:
-Amitriptilin
-Nortriptilin
Aclıq hissini nəzarətə alan hormon sintezini artırır, iştah artırır, doyma siqnalını ləngidir, orqanizmdə maye yığır
Beta –blokatorlar:
-Asebutolol
-Atenolol
-Metopropol
Bu tərkiblər arterial təzyiqi aşağı salır. Onlar həmçinin fiziki aktivlik zamanı kalori xərcləmə funksiyasını da azaldır. Ona görə bu preparatı qəbul edənlər, idman və gəzməkdən, qaçışdan arıqlama nəticəsi ala bilmir.
Allergiya dərmanları:
-Setirizin
-Difengidramin- dimedrol
-Feksofenadin
-Loratadin
Histamin blokedici dərmanlar qadınlarda artıq çəki toplamağa səbəb olur.
Kontraseptivlər
Oral və inyeksion kontraseptivlər ən müxtəlif səbəblərdən çəki artımına gətirib çıxarır. Bəzilərinin tərkibində olan progesteron iştahı artırır, bədəndə maye toplayır.
Dərman preparatlarından kökəlmə risk qrupuna uşaqlar, yeniyetmələr və 35-45 yaş arası insanlar daxildir. Uşaqlarda antibiotik qəbulundan sonra da kökəlmə baş verə bilər.
Əgər hər hansı müalicəyə başladıqdan sonra kəskin aclıq, iştah artımı və qısa müddətdə kökəlmə hiss etdinizsə, o zaman həkiminizlə məsləhətləşin. Amma dərman qəbulunu özbaşına saxlamayın. Alternativ variantlar seçin.
Köklemek isteyirem ne dermanı qebul ede bilerem
1.65 boy çəki 42 necə kökələ bilərəm
Kökəlmək üçün dərman adı deyin.çox xaiş edirəm.zərərsiz olsun
34 йашым вар йниек йейирем лакин кокеле билмирем
Kokelmek isdeyerem
Bakı
kekeo
Mən 1_2 ay ərzində 75_80kq olmağ isdiyirəm bunun üçün nə etməliyəm
samyunwan qebul edin sexsen ozum atmisam 20 gunde 8 klo kokeldim insan yemekden doymur
men ariqlamaq isdeyirem komek edin
Kökəlməyə qarwi dərman deyin
BAKU
Salam aleykum məndə kökəlmək isdəyirem nə məsləhətdir
İsildur məni kökeldib xahiş bunun qarşısın necə alöm
kökəlmək üçün hansı dərman məsləhətdi 45 yaşım var