Hazırda dünyada və Azərbaycanda aktiv 3 virus var: qrip, kovid və ola bilsin ki, donuz qripi- H1N1.
Kovidin yeni Omikron XBB.1.5 variantı daha yoluxucudur və bir neçə ay aktiv olacaq. Daha sonra hansı variantın yaranması məlum deyil.
Bakupost.az xəstəliklərin fərqini təqdim edir.
Kovidə yoluxanlar bilir ki, bu xəstəlikdə insan 5 gün öncədən özünü qəribə hiss edir.
Kovid və qripin oxşar cəhətləri çoxdur.
Amma kovid zamanı burun sulanması, ümumiyyətlə, yuxarı tənəffüs yollarında sulanma, axma az olur.
Xəstəlik zamanı boğaz, burun quru olur.
- Kovid qripə nisbətən gec özünü büruzə verir. Məsələn, insan yoluxur, 5-7 günə əlamətlər başlayır.
- Qripdə isə yoluxmadan 1 sutka ərzində xəstəlik başlayır, kəskinləşir, 3 gün sonra azalır.
- Kovid zamanı həzm orqanları – mədə, bağırsaq simptomları qoşulur: ürək bulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq.
- Kovid zamanı 3-5 gündən sonra quru və qıcıqlandırıcı öskürək, kürəkdə ağrı, ağciyərlərdə problem ola bilər
- Qrip isə əksər hallarda ağciyərlərdə pnevmoniya vermir.
- Kovid daha çox gəncləri, yaşlıları əhatə edir. 0-19 yaş arası yaş qrupunda nadir halda olur. Uşaqlara virusu xəstə böyüklər ötürür.
- Kovid zamanı xəstə getdikcə sağalmaq əvəzinə ağırlaşa bilir.
- Kovid xroniki xəstələrdə digər xəstəlikləri də kəskinləşdirir: şəkər, təzyiq yüksəlir.
- Kovid zamanı insan hava çatışmazlığı, nəfəs darlığı hiss edə bilər
- Koviddə iştah tamam kəsilir və insan çəki itkisi olur.
- Kovid zamanı qızdırma 37-dən başlayaraq tədricən qalxır və 39-a az halda çatır
- Qripdə isə elə ilk gündən, 1 saatın içində qızdırma 38-39-a sıçraya bilər
- Kovid qızdırmasını salmaq çətindir, bir müddət 37 dərəcədə stabil dayanır.
- Koviddən sonrakı bərpa dövrü də uzun çəkə bilər, qripdən isə 5 gün sonra tam sağalma baş verə bilir.
- Soyuqdəymədə isə simptomlar yüngül olur, insan hətta xəstəliyi ayaq üstə keçirir.
Hər 3 xəstəlikdə simptomlar görünən kimi, evdə qalmaq, təcrid olmaq vacibdir. Bir xəstə insan ətrafındakı 20 insanı yoluxdura bilər.
Ayaqüstə xəstəlik keçirmək sağalma müddətini uzadır, infeksiyaya qarşı orqanizmin gücünü tükədir.
Qriplə kovidi dəqiqləşdirməyin dəqiq yolu test –yaxma verməkdir.
Hər iki virusa qarşı peyvənd var.