Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Biz hələ pandemiyanın ortasındayıq” - Prezidentin köməkçisi

  • 2021.11.04 17:45
  • 1631 Baxış
“Biz hələ pandemiyanın ortasındayıq” -  Prezidentin köməkçisi
“Biz hələ pandemiyanın ortasındayıq”.

Medicina.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya iqtisadiyyatı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, pandemiya dövründə 52 milyon tələbə qapanmalardan əziyyət çəkib: “Hökumətlər pandemiya dövründə aşağı gəlirli kateqoriyaya böyük vəsait emissiya etdi. Azərbaycanın ümumdaxili məhsulu keçən il 4,2 faiz, turistlərin sayı 4 milyon nəfər azalıb. Azərbaycan hökuməti keçən il pandemiya ilə bağlı özəl sektora 2 milyard manat ayırıb. Azərbaycanda bu il iqtisadiyyatda 4,5 faiz, növbəti il 4,7 faiz artım gözlənilir. Bunlar çox yaxşı rəqəmlərdir”.

Prezidentin köməkçisi qeyd edib ki, dünya ölkələrində əhalinin 40 faizinin peyvəndlənməsi mümkün olmayıb: “Gələn ilin ortalarında bu, mümkün ola bilər. Bu, vaksinin ədalətsiz bölüşdürülməsi ilə bağlıdır. Biz səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik”.