Bakıda çörək daşıyan maşının fotosu müzakirələrə səbəb olub.
Medicina.az qafqazinfo-a istinadən xəbər verir ki, fotoqraf Rüstəm Fərmanın paylaşdığı fotoda minik maşınında aparılan çörəklərlə bağlı heç bir gigiyenik qaydalara əməl olunmadığı görünür.
Məsələ ilə bağlı "Nur” çörək zavodu ilə əlaqə saxlanılıb. Şirkətdən bildirilib ki, məhsullar havalandırma sistemi olan xüsusi maşınlarda aparılır:
"Sözügedən foto haqqında araşdırma apardıq. Məlum oldu ki, həmin maşın bizim zavoda aid deyil. Həmçinin daşınılan məhsullar da geri qaytarılan çörəklərdir. Biz onları fermalara göndəririk. Onlar satış üçün nəzərdə tutulmayıb”.