Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkələrdə koronavirusa yoluxanların sayı kəskin artdı

  • 2020.03.17 10:07
  • 2305 Baxış
Bu ölkələrdə koronavirusa yoluxanların sayı kəskin artdı
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 84 nəfər artıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin rəsmiləri məlumat yayıb. Bununla da Koreya Respublikasında koronavirusa yoluxanların sayı 8 320 nəfərə çatıb. Ölkədə virusdan 82 nəfər ölüb.


Cənubi Koreya həkimlərinin məlumatına görə, xəstəxanalardan 264 pasiyent sağalaraq evə buraxılıb. Bununla belə, ölkənin Okean və Balıqçılıq naziri Mun Sonq-hyek yeni tip koronavirus (COVID-19) şübhəsi ilə öz evində karantinə alınıb.

Kanadada isə son sutkada 100-dən çox virusa yoluxma faktı qeydə alınıb. Hökumətin məlumatına əsasən, nəticədə koronavirus yoluxanlar sayı 424 nəfərə çatıb. Ən çox yoluxma halı Ontario inzibati mərkəzində qeydə alınıb - 117 nəfər.

ABŞ-da da vəziyyət kritikdir. Koronavirus 85 nəfərin ölümünə səbəb olub. Yoluxma sayı 4 600 nəfəri ötüb. Bu da öz növbəsinə son üç gündə iki dəfə artım deməkdir. Ağ Ev 15 gün ərzində əhaliyə evdən çıxmamaqla bağlı çağırış edib. 13 milyondan çox əhalisi olan Los-Anceles və San-Diyeqo şəhərlərində bütün restoranlar fəaliyyətlərini dayandırıb.

Meksikada da vəziyyət gərginləşməyə başlayıb. Belə ki, bir gündə 29 yeni yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə naziri Rikardo Kortes bildirib ki, hazırda ölkədə 82 nəfər koronavirus daşıyıcısıdır. Uruquvay təhlükəyə görə Argentina ilə sərhədləri bağlayıb.
.