Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Heç də həmişə şəfa vermir, bəzən hətta ÖLDÜRÜR!Bitkilərlə müalicə:

  • 2017.12.15 13:02
  • 27354 Baxış
 Heç də həmişə şəfa vermir, bəzən hətta ÖLDÜRÜR! Bitkilərlə müalicə:
Əksər insanlar xəstələnəndə ilk olaraq xalq təbabətinə müraciət edir.

 

Medicina.az xəbər verir ki, bitkilərdən istifadə bilindiyi qədər də təhlükəsiz deyil. Türkiyəli terapevt Abdullah Cerit, bitkilərin nəzarətsiz istifadəsinin ağır fəsadlar verə biləcəyini deyib. Onun sözlərinə görə, bəzi insanlar sırf bu üsuldan istifadə edərək, lazımi tibbi müdaxilələrdən üz çevirir:

 

"Bəzi insanlar bitki çaylarından özbaşına istifadə edirlər. Bilməlidirlər ki, hər zaman bitki çayı faydalı deyil. Bu hətta ölümlə belə nəticələnə bilər”. 


Mütəxəssis, bitkilərdən istifadə zamanı insanların səhhətlərinə diqqət etməli olduğunu və bitki çayından hər zaman istifadənin müsbət effekt vermədiyini vurğulayıb.

 



"Alman çobanyastığı, nanə, melisa bitkilərinin qış aylarında istifadəsi daha düzgündür. İmmuniteti qoruyaraq orqanizmi xəstəliklərdən qoruyur. Bununla yanaşı müalicə məqsədilə insanlar qara bibər, limon qabığından da istifadə etmələri tövsiyə olunur”, - deyə terapevt qeyd edib.

 

Cerit onu əlavə edib ki, bitkilərdən işdahsızlıq və mədə bulantıları zamanı da müalicə məqsədi ilə istifadə etmək mümkündür:

 

"Çobanyastığı, nanə, razyana, anason kimi birkilərdən çətin həzm prosesi zamanı istifadə edilməyi düzgündür. İştahsızlıq və bulantı zamanı kimyon, zəncəfil bitkiləri seçilə bilər. Bağırsaq iltihabı zamanı kimyon, razyana bitkiləri seçilə bilər. Amma hansısa qonşunun məsləhət gördüyü bitkilərdən məqsədsiz istifadə istənilməyən nəticələr doğura bilər”.

 

 Heç də həmişə şəfa vermir, bəzən hətta ÖLDÜRÜR! Bitkilərlə müalicə:
 Heç də həmişə şəfa vermir, bəzən hətta ÖLDÜRÜR! Bitkilərlə müalicə: