Son zamanlar dəbdə olan, apteklərdə geninə-boluna satılan qida əlavələri, balıq yağı - Omeqa-3 və müxtəlif bitki qarışımları əslində, qaraciyər problemlərinə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, hepatoloq Sergey Vyalov mütəssis, həkim tövsiyəsi olmadan insanın özbaşına faydalı bilib, alıb içdiyi BAD- qida əlavələrinin zərərindən danışıb.
“Xüsusilə Omeqa -3, balıq yağı əlavəsində praktiki olaraq, heç bir doymamış yağ yoxdur,
baxmayaraq ki, istehsalçılar vəd edib. Çünki doymamış yağı istehsal etmək çətindir. O yalnız təbii mənbələrdə var.
Ona görə balıq yağı adı ilə alıb içdiyimiz preparatlarla sadəcə yağ yeyirik və bununla qaraciyərə zərər edirik.
Qaraciyərə toksiki təsiri bitki çayları da edir. Çox içilən bitki yığımları, damotu, kəklikotu, arıqlama çaylarının neqativ təsirini bilməlisiz”.
Aygün Musayeva