Yumurta yemək arıqlamağa təsir edə bilər.
"Medicina" xəbər verir ki, Britaniya alimləri protein və zülal mənbəyi yumurtanın dietik olduğunu bildirib.
Hazırda Britaniyada "bişmiş yumurta" pəhrizi populyardır.
Milli Səhiyyə Xidməti bildirir ki, yumurta D, A, B12, zülal, protein qaynağı olaraq sağlam dietanın əsasıdır.
Təsdiq olunur ki, gündə 3 ədəd suda qaynadılmış yumurta yemək çəki atmağa təsir edir.
Belə ki, pəhrizə görə səhər 2 qaynanmış yumurta, axşam isə biri yeyilməlidir.
Eləcə də gün ərzində nişastasız tərəvəzlər seçilməlidir.
Həkim dietoloq Erin Palinski bildirib ki, bu pəhriz aşağı kalorili aşağı karbohidratlı dietadır, həqiqətən həm qadın, həm kişilərə arıqlamağa yardım edəcək.
Aygün Musayeva