Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bişmiş qarğıdalının 5 faydası

  • 2023.07.07 17:05
  • 2275 Baxış
Bişmiş qarğıdalının 5 faydası
Qarğıdalıda çoxlu kalsium, sink, maqnezium və dəmir var. Bundan əlavə, bitki həzmi yaxşılaşdıran çoxlu lif ehtiva edir.


“Medicina” xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryovanın sözlərinə görə, qarğıdalı çox sağlam qida hesab olunur, çünki taxıl sağlam karbohidratlar və qida maddələri ilə zəngindir.


Orqanizmə 5 əsas faydalı xüsusiyyəti aşağıdakılardır:

• Sarı taxıllar bədəni A vitamini və B1, B3, B5, B7 (biotin) və B9 (fol turşusu) vitaminləri kimi bir çox vacib vitaminlərlə təmin edir. Beləliklə, qarğıdalı hormonal balansın tənzimlənməsinə dəstək verir.

• Əhəmiyyətli vitaminlərdən əlavə, qarğıdalıda dəmir, kalsium, kalium, maqnezium və sink mineralları var. Tərkibindəki karotenoidlər görmə qabiliyyətini yaxşılaşdırır.

• Qarğıdalı bizi yüksək keyfiyyətli proteinlə təmin edir. Taxıllar həmçinin həzmə kömək edən liflə zəngindir. Bunun üzərinə 100 qr-da 90 kalori olan aşağı kalorili məzmun əlavə olunur. Bu, qarğıdalı ilə sağlam şəkildə arıqlaya biləcəyiniz deməkdir.

• Qarğıdalı qlütensiz olduğu üçün qlütenə qarşı dözümsüzlüyü olan insanlar da bu qidalı tərəvəzi yeyə bilərlər.
• Tərkibində B vitaminləri, C vitamini və kalium, dəmir, maqnezium və kalsium kimi vacib minerallar var.

• Həmcinin göz xəstəliklərinə və təzyiqə müsbət təsir göstərir.

Aynurə Məmmədova