Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxdu

  • 2020.04.09 10:15
  • 2936 Baxış
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxdu
Birləşmiş Ukrayna (BUAK) Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev koronavirusa yoluxub.

Bu barədə BUAK "Facebook" səhifəsində məlumat yayıb.


Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Məlumatda bildirilir ki, Rövşən Tağıyev xəstəxanada koronavirus testindən keçib, testin nəticəsi pozitiv çıxıb.

Bildirilib ki, R.Tağıyevin vəziyyəti ağır deyil. Yoxlanışdan sonra onun evdə və ya xəstəxanada müalicəsini davam etdirəcəyi məlum olacaq. (APA)