Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Birinci dünya müharibəsi də Pələng ilində başlamışdı - Ukraynada nüvə müharibəsi proqnozu

  • 2022.02.28 16:57
  • 3960 Baxış
Birinci dünya müharibəsi də Pələng ilində başlamışdı -  Ukraynada nüvə müharibəsi proqnozu

Məşhur astroloq Vlad Ross 2021-ci ilin dekabrındı Pələng ili ilə bağlı astoloji proqnozunda Ukraynanın nüvə müharibəsi ilə üz-üzə olacağı barədə öncədən proqnozlar vermişdi.


Artıq fevralın sonu bu dəhşətli proqnozun elementləri üzə çıxmağa başlayır.

Medicina.az astroloqun Ukraynanın gələcəyi barədə astroloji proqnozlarını təqdim edir.


“Çinlilər hesab edir ki, pələng ili uğur ilidir. Amma klassik astrologiyada Pələng dünya miqyaslı konfliktlərin simvoludur. Birinci dünya müharibəsi də Pələng ilində başlamışdı. Ona görə 2022-ci il Ukrayna nüvə müharibəsi təhlükəsi ərəfəsində olacaq, bunu da Rusiya prezidenti Vladimir Putin irəli atacaq.

Ən təhlükəli vəziyyət martda olacaq, çünki bu ay planetlərin böyük toplanması və kəsişməsi baş verəcək. Hətta martda Yerə asteroid də düşə bilər. Elə şeylər baş verə bilər ki, pandemiya uşaq oyuncağı kimi kölgədə qalacaq.


Pələng ilində dövlət və hakimiyyət çevrilişləri olur. Pələng qarşısına çıxan hər şeyi məhv edir. Ona görə hesab edirəm ki, Rusiyada saray devrilməsi olacaq. Bu apreldən sonra gözlənilir”.