Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Birdəfəyə 11 dişini müalicə etdirən kişi öldü

  • 2025.01.15 10:02
  • 543 Baxış
Birdəfəyə 11 dişini müalicə etdirən kişi öldü

Moskvada diş həkimindən qayıdan kişinin vəziyyəti ağırlaşıb.


“Medicina” xəbər verir ki, 34 yaşlı kişi tanışı diş həkimində dişlərini düzəltdirib.


Belə ki, 4 saat ərzində 11 dişi yonulub plomblanan kişinin ürəyi dözməyib.
3 dəfə ağrıkəsicilər vurulmaqla saatlarla stomatoloq kreslosunda qalan pasiyent bunun üçün klinikaya 70 min rubl ödəyib.

Axşam saat 8-də klinikanı tərk edən xəstə evdə yemək yeyərək yatıb. Səhər ailəsi onun artıq nəfəs almadığını görüb.

Xəstəxanaya çatdırılsa da artıq gec idi. Onun ürəyinin dayandığı bildirilib.

Aygün Musayeva