Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Birdəfəlik əlcəklər koronavirusdan qorumur, əksinə... – Alman həkimləri

  • 2020.05.13 18:56
  • 3130 Baxış
Birdəfəlik əlcəklər koronavirusdan qorumur, əksinə...  – Alman həkimləri



Koronavirusun toxunulan səthdən əllərə, ordan da ağız və buruna keçməsinin qaşrısını almaq üçün birdəfəlik rezin, tibbi və s. əkcəklərin istifadəsi faydalı deyil. Alman həkimləri əlcəklərin qoruma effektini şübhə altına alıb.

Medicina.az xəbər verir ki, alman həkim Mark Hanefeld gündəlik həyatda və məişətdə birdəfəlik əlcəklərdən istifadə etməməyə çağırıb. Onun sözlərinə görə, isti və nəm, rütubətli mühitdə əlcəklərin altında bakteriyalar daha sürətlə çoxalır. Bu əlcəklərin yayındırıcı və aldadıcı qoruma effekti insanı daha gigiyenik olmaqdan uzaqlaşdırır.

Əlcək taxmaqdansa, yalın əllə gəzib, iş görüb,əlləri tez-tez isti su və sabunla yumaq daha effektiv qorunma metodudur.

Əlcəkdən tibb işçiləri istifadə etməlidir, çünki onlar hər prosedurdan sonra əlcəkləri çıxarıb atır.