Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir zamanların məşhur Vişnevskiy mazı – Nələrə qadirdir?

  • 2019.05.01 20:40
  • 134200 Baxış
Bir zamanların məşhur Vişnevskiy mazı –  Nələrə qadirdir?



Sovet dövrünün o məşhur, kəskin qoxulu Vişnevskiy mazı əvvəllər hər evdə mütləq olurdu.  Elə indi də istehsalı dayanmayan bu unikal maz insanı çox problemlərdən xilas edə bilər.



Medicina.az vişnevskiy mazının əsas faydalarını sadalayır:



-Üz dərisinin kosmetik təmizlənməsindən sonra vişnevskiy mazı dərinlikdə qalan çirki,iltihabı təmizləyir, dərini tərtəmiz edir

-Varikozda istənilən parçanı 4 qatlayıb, mazı ora çəkərək, xəstə nahiyəyə kompress qoyulur. 6 saat saxlanılır.

-Yeniyetməlik sızanaqlarında bu mazı üzə çəkmək olar. Göz, ağıza düşməsinə yol verməyin.



-Dəridə furunkul zamanı tənzifə maz çəkib, sarğı edirlər. Vişnevskiy mazı irini çəkmək üçün effektivdir. 

-Yanıq, donma, zədə zamanı da həmin yerə bu maz çəkilə bilər.

-Yataq xəstəsi olanların dərisində yataq yaralarının işlənməsi üçün yaxşıdır.



-Trofik yaraları da ayaqda bu mazla müalicə etmək olar. 

-Vişnevskiy çəkilən yara, toxuma çapıq qoymadan tez yığılır, bərpa olur.



Əbəs yerə bu mazı İkinci dünya müharibəsində cərrahların möcüzəsi adlandırmırdılar.

 

 





Bir zamanların məşhur Vişnevskiy mazı –  Nələrə qadirdir?