Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir yaşdan kiçik uşaqlara bunu əsla verməyin! – ANALARA XƏBƏRDARLIQ

  • 2019.03.15 11:36
  • 12453 Baxış
Bir yaşdan kiçik uşaqlara bunu əsla verməyin! –  ANALARA XƏBƏRDARLIQ

Körpə qidaları onların sağlamlığı və böyüməsi üçün olduqca əhəmiyyətlidir. Xüsusi diqqət tələb edən körpə qidalandırılması bəzi hallarda düzgün aparılmır. Nəticədə isə uşaqlarda mənfi təsirlər yaranır. Ümumdünya Səhiyyə Təşkilatı ekspertləri tövsiyə edir ki, həm təbii, həm də süni qida qəbul edən uşaqların rasionuna əlavə qidaları 6 aydan başlayaraq daxil etmək olar. 


Medicina.az körpə uşaq sahibi olan oxucuları üçün faydalı məlumatları təqdim edir.


1 yaşından kiçin uşqlara bal yedirdilməsini həkimlər düzgün hesab etmirlər. Lakin valideynlər bu mövzuda yetərli məlumata sahib deyil. Həkimlər bildirir ki, yaşı tamam olmamış balacalara bal vermək onlar üçün müəyyən problemlər yarada bilir. Xüsusi ilə bir yaşına kimi uşağa bal, suda bişmiş ilıq yumurta, yağlı, duzlu, qızarmış yeməklər, şəkər, qazlı sular vermək olmaz.


Bəs niyə südəmər körpəyə bal vermək olmaz? 


Aparılan araşdırmalara əsasən, balın tərkibində müəyyən bakteriyalar var. Bu maddələr böyüklərə təsirsiz olsa da,  südəmərlərə mənfi təsir edə bilir. Tərkibindəki müəyyən maddələr südəmərlərdə allergiya yarada və yaxud daha ağır fomada zəhərlənməyə yol aça bilər. Bir yaşdan yuxarı və yaxud böyük insanlar bu maddədən təsirlənmir. Çünki orqanizmimiz həmin bakteriyaları təsirsiz edə bilir. Mütəxəsislər körpələrdəki bu zəhərlənməni botulizm adlandırır.


Əlamətlər:


İlkin olaraq körpənin nəfəs alıb-verişində çətinliklər yaranır. Körpə udqunmada problem yaşayır. Halsızlıq kimi digər zəiflik əlamətləri özünü büruzə verir.

 

Ayna

Medicina.az