Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir xəstəyə eyni vaxtda iki orqan köçürülüb

  • 2025.02.03 16:28
  • 235 Baxış
 Bir xəstəyə eyni vaxtda iki orqan    köçürülüb

Moskvada bir xəstədə mərhələli ürək və böyrək transplantasiyası aparılıb.


«Medicina” xəbər verir ki Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova məlumatına görə, Sklifosovski İnstitutu ürək və böyrək çatışmazlığı olan xəstəyə uğurlu ürək və böyrək transplantasiyası həyata keçirib.

“Sklifosovski İnstitutunda biz demək olar ki, bütün növ orqan transplantasiyasını həyata keçiririk: qaraciyər, böyrək, mədəaltı vəzi, ağciyərlər, ürək və bağırsaqlar.

Mövcud olduğu müddət ərzində transplantasiya üzrə cərrahlar orada 130-dan çox ürək və 2760 böyrək transplantasiyası əməliyyatı həyata keçirib. Toplanmış zəngin təcrübə, mütəxəssislərin səriştəsi və qabaqcıl texnoloji imkanlar son vaxtlar bir xəstənin həyatını xilas edən iki mürəkkəb ürək və böyrək transplantasiyası əməliyyatını həyata keçirməyə imkan verib”.

31 yaşlı xəstə Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna ürək ağrısı, nəfəs darlığı, zəiflik və şişlik şikayətləri ilə gəlib. Müraciət zamanı xəstənin vəziyyəti o qədər ağır idi ki, ona yalnız ürək transplantasiyası kömək edə bilərdi. Lakin onun böyrək çatışmazlığından əziyyət çəkməsi vəziyyəti çətinləşdirib. Buna görə də həkimlər böyrək transplantasiyası əməliyyatı etmək qərarına gəliblər.


Rakova əlavə edib ki, xəstənin vəziyyətinin ağırlığını nəzərə alaraq mütəxəssislər birinci mərhələdə ürək, ikinci mərhələdə isə böyrək transplantasiyasına qərar veriblər.

Həkimlər kompleks ürək transplantasiyası əməliyyatı həyata keçirib və eyni zamanda kardiostimulyator quraşdırıblar. Həkimlər ürəyin düzgün işlədiyinə əmin olduqdan sonra böyrək transplantasiyasına keçmək qərarı verildi.


Aygün Musayeva