Əksər insanlar ülgücünü nəzərdə tutulduğundan daha uzun müddət təkrar-təkrar istifadə edirlər ki, bu da onların sağlamlığına zərər verir.
“Medicina” xəbər verir ki, ülgüclər hər beş-yeddi təraşdan sonra dəyişdirilməlidir. Nə qədər tez-tez dəyişdiyiniz digər amillərdən də asılıdır, məsələn, qırxdığınız sahələrin tezliyi və sayı, tüklərin qalınlığı və növü, bıçağın keyfiyyəti və bıçağa necə qulluq etdiyiniz kimi. Uzun müddət işlətdiyiniz ülgücdən istifadə səpgilərə və qabarlara, tüklərin böyüməsinə, iltihaba və ya dərinin zədələnməsinə səbəb ola bilər.
Təraş alətlərindən istifadə edərkən baş verə biləcək ən çox yayılmış infeksiya dərinin bakterial infeksiyasıdır. Qızartı, şişkinlik, ağrı və ya irin kimi simptomlar antibiotik məlhəmi ilə müalicəyə ehtiyac olduğunu bildirə bilər.
Daha da pisi, paslı ülgücdən istifadə tetanozun inkişafına səbəb ola bilər.
Tetanus yaraya girən bakteriyaların yaratdığı ciddi, həyati təhlükəsi olan vəziyyəti təsvir edir.
Üzərindəki narıncı paslı zolaqları görən kimi yeni bir ülgüc əldə etmək mütləqdir. eyni zamanda xəstələnməmək üçün tetanoz peyvəndlərinizə diqqət yetirmək lazımdır.
Günay Quluzadə