Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI

  • 2018.03.15 15:22
  • 25450 Baxış
Bir stəkan südün içərisinə mixək atsanız... –  BİLMƏDİYİNİZ FAYDALARI
Mixək İndoneziya, Hindistan, Pakistan və hətta Şərqi Afrika, Asiya ölkələrinə məxsus ədviyyatlardan biridir. Dünyada müxtəlif məqsədlərlə istifadə edilən mixək, bizim ölkəmizdə əsasən ətirli vasitə kimi istifadə edilir. Amma mixəyin başqa faydalı özəllikləri də var.

 

Medicina.az Ailem.az-a istinadən mixəyin saymaqla bitməyən faydaları barədə məlumat verir:


Daha yaxşı həzm


Mixək həzm enzimlərinin istehsalını artıraraq həzmi yaxşılaşdırır. Mixək, həmçinin, köp, mədə narahtlığı və bulantını azaltmaq üçün də olduqca faydalıdır. Həzmi yaxşılaşdırıcı özəlliklərindən faydalana bilmək üçün qovrulur, toz halına gətirilir və ya bal ilə birlikdə istifadə edilir.


Antibakterial özəlliklər

 

Mixəyin insan patogenlərinə qarşı antibakterial özəllik daşıyıb-daşımadığı yoxlanılıb. Mixək zərərli patogenləri öldürəcək qədər təsirli olub. Mixək ekstraktları xolera yayan spesifik bakteriyalara qarşı da təsirlidir.


Xərçəngin qarşısını alır


Aparılan araşdırmalar zamanı mixəyin xərçəngin qarşısını alan təsiri olduğu ortaya çıxıb. Mixəklə bağlı aparılan testlər nəticəsində ağciyər xərçəngini erkən dövrlərdə müalicə etdiyi müəyyənləşib.


Qaraciyəri qoruyur


Mixək tərkibindəki sərbəst radikalların inkişafını əngəlləyən xüsusiyyətlə qaraciyəri zərərli təsirlərdən qoruyacaq yüksək miqdarda antioksidant tərkiblidir.


Şəkər xəstələrinə kömək edir


Diabet xəstələrində bədən tərəfindən istehsal olunan insulin miqdarı ya kifayət deyil, ya da heç istehsal olunmur. Aparılan araşdırmalar mixəkdən əldə edilən ekstraktların insulini müəyyən halda təqlid etdiyi və qan şəkəri səviyyəsini kontrol etməkdə yardımçı olduğunu ortaya qoyub.


Sümük qoruma


Mixəyin tərkibindəki bəzi elementlər osteoporoz halında sümük qalınlığını və sümüyün mineral tərkibini mühafizə edir.


İmmuniteti artırır


Mixək immunitet sistemini qorumaqda və inkişaf etdirməkdə olduqca təsirlidir. Mixək çayı ağ qan hüceyrə sayını artırır və immunitet sistemini gücləndirən əhəmiyyətli birləşmələri daşıyır.


Ağrını azaldır


Mixək anti-inflamatuar və ağrıkəsici xüsusiyyətə malikdir. Anti-inflamatuar özəlliyinin ağrı reseptorlarını xəbərdar edərək ağrını azaltma qabiliyyəti olduğu da təyin edilib.


Ağız xəstəliklərinin müalicəsi

 


Mixək tumurcuğu müxtəlif ağız xəstəliklərindən cavabdeh olan oral patogenlərin böyüməsini önəmli ölçüdə kontrol edir. Mixək ağrıkəsici özəlliklərindən dolayı diş ağrısı üçün də istifadə edilə bilər.


Afrodizyak xüsusiyyətləri


Mixək üzərində aparılan araşdırmalar zamanı onda afrodizyak xüsusiyyətlər olduğu ortaya çıxıb.


Baş ağrısına qarşı müalicə


Bir stəkan südün içərisinə bir-iki dənə mixək və bir az duz əlavə edib qarışdırın. Bu, baş ağrısını sürətli şəkildə aparmağa kömək edir.