Bu metod parapsixoloq Xose Silvanındır. O, şüuraltında hazır olan cavablar və çıxış yollarını üzə çıxarmaq üçün müxtəlif metodikalar işləyib və sınayıb.
Əgər insan bu texnikanı öyrənsə, həyatınızı dəyişəcək çıxış yolları tapa bilər.
Medicina.az bir stəkan su vasitəsilə şüuraltı ilə işləmək metodikasını təqdim edir.
Sizə adi şəffaf stəkan lazımdır. Yaxşı olar ki, o təzə olsun. Onu su ilə doldurub, stəkanı əlinizdə tutub, digər əlinizin ovcunun stəkanın ağzına tutub, sizi narahat edən sual və ya problemi qısa, lakonik ifadə edirsiz. Bunu fikrinizdə edirsiz və ya pıçıldaya bilərsiz. İlk ağlınıza gələn sözlərlə sualı formalaşdırın, işi qəlizləşdirməyin.
İkinci addım – suyun yarısını içirsiz. İçən zaman özünüzdə bu fikri təkrarlayırsız: bu addımı ona görə edirəm ki, Kainatdan, İlahi mənbədən cavab alım.
Bunu etdidən sonra yatırsız, yarı su qalmış stəkanı da çarpayının yanında qoyursuz.
Cavab və çıxış yolu yuxuda sizin şüuraltınıza gələcək. Bu daha çox səhərəyaxın baş verir.
Xüsusən səhər hələ yarıyuxulu ikən oyandığınız vaxt şüuraltında olan birinci fikrə diqqət yetirin.
Əgər sualınıza cavab aldınızsa, stəkandakı qalan suyu da içib şükr və təşəkkür edin.
Heç bir cavab almadınızsa, yenə də suyu için və gün ərzində həmin sualı bir neçə dəfə şüuraltınıza verib, həmin gün qarşınıza çıxacaq istənilən detal və işarətlərə fikir verin. Ola bilər cavab digər yollarla sizə verilsin.