"Tibb müəssisələrində daşınmaz əmlakın əsaslı təmiri, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin, kənd yerlərində modul tipli tibb məntəqələrinin tikintisi və quraşdırılması TƏBİB tərəfindən icra olunur”.
Medicina.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusununəsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir.