Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir rəqəm seç, problemin nədir öyrən! - PSİXOTEST

  • 2020.10.30 15:59
  • 31096 Baxış
 Bir rəqəm seç, problemin nədir öyrən!   - PSİXOTEST

Daxili dünyanıza boylanıb, həyatınızda nəyin düzgün getmədiyini anlamaq, problemlərinizin səbəbini bilmək istəyirsizsə, sizə dünyada tanınmış, psixoloji testdən keçməyi tövsiyə edirik:

Bu cədvəldə qeyd olunan rəqəmlər sizin daxili, birinci növbədə həll etməli olduğunuz problemin nə olduğunu göstərir.
Testi etmək üçün cədvəli ekranda açın, gözlərinizi bağlayın, dərindən nəfəs alıb verib, sonra gözlərinizi açıb, intuitiv olaraq, bir rəqəm seçin. O rəqəm ki, hamıdan çox diqqətinizi çəkdi. Diqqət, sevdiyiniz, sizə uğur gətirən rəqəmi seçmək olmaz. Yalnız cədvəldə baxışlarınızı çəkən rəqəm olmalıdır.

Sonra rəqəminizə uyğun nəticəni oxuyun:
1.11.21.31.41.51.61.71.81.91.100

Sizi ailə daxili münasibətlər narahat edir. Artıq buna son qoymaq, hadisələrin mərkəzindən çıxmaq, özünüzə kənardan baxmaq lazımdır. Sizi üzən, daha çox problem yaşadığınız doğmalarınızı xəyalən, ürəyinizdə bağışlayın. Problemə obyektiv yanaşın. Bu halda siz dəyişsəz, necə olar? Özünüzü qurban verməyin. Əgər ailənin yükü sizi sıxırsa, artıq yükü digərləri arasında paylaşmaq zamanıdır. Yorulduğunuzu, usandığınızı deməkdən çəkinməyin. Öz hissləriniz, arzularınız hər şeydən vacibdir. Bunu başa düşməsələr də problem deyil. Hər kəsin fikri özündə qalacaq.

2, 12, 22, 32, 42,52,62,72,82,92,20

Çoxdandır ki, heç nə öz yolunda getmir. Yeni istiqamət, başqa yol seçmək vaxtıdır. Qarşınızda həmişə 2 yol olub. İndi məşğul olduğunuz iş, durum, yaşadıqlarınız sizi qane etmirsə, deməli, heç vaxt seçmədiyiniz ikinci yolu seçməyin vaxtıdır. Sizə sadəcə cəsarətli olub qərar qəbul etmək lazımdır.
Düşünməyə illərinizi vermisiz.



3,13,23,33,43,53,63,73,83,93,30

Ünsiyyətiniz, cəmiyyətə qarışmağınız, sosiallığınız, ayrı dünyaları, adamları kəşf etməyiniz çatışmır. Eksperimentlər lazımdır. Siz sanki özünüzü təcrid etmisiz. Az sayda adam, əhatəniz var, hansı ki, indi sizə heç bir faydası yoxdur. Belə davam etsə, həyatınız tam tənhalığa gedəcək.

İndi yaşadığınız problemlər sırf öz səhvlərinizdir. Elə hesab etməyin ki, yeni adamlar sizə zərər vuracaq. İndi heç kimə etibar yoxdur deyə düşünməyin.


4,14,24,34,44,54,64,74,84,94,40

Sizin probleminiz əlinizdə olanları görməmək, qane olmamaq, rəqabət yaratsa yaxşıdır. Amma iş ondadır ki, siz uğurun göydən elə belə düşmədiyini də gözəl bilirsiz. Arzularınız başqalarının əldə etdikləri yox, özünüzə məxsus olmalı, buna görə əmək, zəhmət çəkməlisiz. Fikirlərinizə stabillik gətirin. Çox yerə parçalanmaq olmaz

5,15,25,35,45,55,65,75,85,95,50

İnsanlara, həyata gülümsəmək lazımdır, hətta indi bunu bacara bilməsəniz də, istəməsəniz də. Gələcəyiniz üçün daim təşvişli olmaq həyatınıza mənfi təsir edir. Öz məqsədlərinizə çatmaq üçün özgələrinin fikrinə ehtiyac yoxdur. Doğmalarınızla belə götür-qoy edib, sonda arzularınızdan uzaq qalmaq sizi uğursuz edir.


6,16,26,36,46,56,66,76,86,96,60

Fikirləriniz sakit deyil, sizin çıxış yolunuz mənəvi ruhi dünya yolunu tutmaqdır. Maddi dünya ilə mənəvi arasında balans tapmalısız. Siz bu mövzuda geridə qalırsız. Ona görə heç nə sizi rahatlatmır

7,17,27,37,47,57,67,77,87,97,70

Siz sirlərlə dolusuz və özünüzə belə yalan danışırsız. Olmadığınız kimi görünməyin. Hamını qane etmək kimi missiya yoxdur. Öz enerjinizi boşuna sərf edirsiz, əvəzində heç nə almırsız.

Hər bi addımı atanda bu sualı özünüzə verin: Şəxsən bu mənə lazımdır?

8,18,28,38,48,58,68,78,88,98,80

Keçmişin qapılarını bağlamaq və geri boylanmadan, heç kimə güzəştə getmədən yaşamaq lazımdır. İndi, bu gün, burda fikirləri ilə düşünün.

Öz əhvalınızın cavabdehi sizsiniz. Beyninizdə boş yerə çevirdiyiniz fikirlər çoxdur




9, 19, 29, 39, 49, 59, 69, 79, 89, 99, 90

Dincəlmək, bütün bədəni, beyni rahatlatmaq, istirahət, özünüzü qəbul etmək zamanıdır. 100% yaxşı insan olmağa çalışmayın. Nə baş verirsə, İlahi nəzarətdə baş verir. Bəzi şeyləri dəyişmək sizin ixtiyarınızda deyil. Gün ərzində cəmi 10% enerji sərf etməklə, daha vacib işləri görüb, daha yaxşı nəticələr əldə etmək olar, nəinki bütün gücünüzü çox yerə sərf edib, çarəsiz qalmaq.