Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir qurtumu xroniki qəbizliyi aradan qaldırır

  • 2024.05.02 22:35
  • 1033 Baxış
Bir qurtumu xroniki qəbizliyi aradan qaldırır
Qəbizlik mədə ağrısı, şişkinlik və qaza səbəb olur. Bu vəziyyət narahatlıq yaratmaqla yanaşı, gündəlik həyatın axarını pozur, insana əsəb və gərginlik verir.

Medicina.az xəbər verir ki, həkimlər qəbizliyə qarşı ən effektiv vasitənin quru gavalı olduğunu bildirirlər.

Ancaq quru gavalını təkcə yemək əvəzinə onu ilıq suda saxlayıb sonra həmin suyu içmək daha təsirlidir. Gavalı suyunu səhərlər içmək tövsiyə olunur.

Bildirilir ki, quru gavalı tərkibindəki pəhriz lifi və sorbitol səbəbiylə qəbizliyə qarşı ən təsirli təbii vasitə hesab olunur.

Gavalıdakı lif nəcisə kütlə əlavə edərək bağırsaq hərəkətlərini sürətləndirir. Quru gavalıda olan sorbitol isə bağırsaqlara su çəkərək, nəcisi yumşaldır.

Bütün bunlar gavalı suyunu qəbizliyi aradan qaldıran və müntəzəm bağırsaq hərəkətlərini təşviq edən dərmana çevirir.

Aysel