Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir qaşıq əlavə edin - Qiymə qoxusunu sevməyənlər üçün...

  • 2025.02.21 09:04
  • 284 Baxış
Bir qaşıq əlavə edin -  Qiymə qoxusunu sevməyənlər üçün...

Çəkilmiş ət yeməyi sevən, lakin iyini sevməyənlər üçün ən sadə üsul məlum olub.

Medicina.az xəbər verir ki, zülalla zəngin olan və yemək çeşidini artıran qiymə bəzən qoxusu ilə sizi narahat edə bilər.

Əgər qiymənin dadını bəyənirsinizsə, lakin qoxusunu bəyənmirsinizsə, bir neçə sadə üsulla bu problemi həll edə bilərsiniz.



Ətin iyini yatırtmaq üçün ədviyyatlardan istifadə edə bilərsiniz. Xüsusilə zirə, kəklikotu, tərxun, dəfnə yarpağı, soğan və sarımsaq bunun üçün çox təsirlidir. Əti bişirməzdən əvvəl bu ədviyyatları əlavə edərək daha xoş qoxu ala bilərsiniz.



Bişirərkən bir az sirkə və ya limon suyu əlavə etmək qiymə ətin qoxusunu yüngülləşdirə bilər. Sirkə qoxuya səbəb olan maddələri neytrallaşdırmağa kömək edir..

Aygün
Medicina.az