Qarpız tumlarının faydalarını bilsəniz, onun lətindən çox, tumlarını daha çox yeyərsiz.
“Medicina” xəbər verir ki, diyetoloq Senı Qençin sözlərinə görə, hər gün bir ovuc qarpız toxumunu yemək, orqanizmdə bu möcüzələrə səbəb olur:
1. Dəriniz gəncləşəcək
Qarpız toxumları dəri üçün faydalı maqneziumla zəngindir. Toxumlarda isə qocalma prosesini ləngidə bilən sink var.
2. Saçlar daha yaxşı uzanacaq
Qarpız toxumlarında dəmir, mis, sink və maqneziumun sayəsində saçların tökülməsi dayanır, uzanır.
3. Ürəyiniz daha sağlam olacaq
Qarpız toxumu antioksidantlarla doludur və bunun sayəsində ürək-damar sistemini gücləndirir.
4. Əsəblərinizi sakitləşdirəcək
Maqneziumdan əlavə, qarpız toxumlarında sinirləri gücləndirməyə, psixi sağlamlığı dəstəkləməyə və demans riskini azaltmağa kömək edən B qrup vitaminləri də var.
5. Reproduktiv sağlamlığınızı yaxşılaşdıracaqsınız
Qarpız toxumu kişilər üçün xüsusilə faydalıdır. Onlar sperma keyfiyyətini yaxşılaşdıran sinklə zəngindir. Beləliklə, əgər uşaq sahibi olmağı planlaşdırırsınızsa, ərinizə bu məhsulu çeynəməyi təklif edin.
6. Maddələr mübadiləsini sürətləndirəcəksiniz
Faydalı maddələrin zənginliyi toxumların bədəninizdə maddələr mübadiləsinin tənzimlənməsində və sürətləndirilməsində iştirakına kömək edir.
Günay Quluzadə