Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir neçə dərmanı eyni vaxta içməyin fəsadları

  • 2023.04.27 17:51
  • 2017 Baxış
Bir neçə dərmanı eyni vaxta içməyin fəsadları

Bəzən dərmanların bir-birinə təsirini düşünmədən içir, dərman qəbulunda uyğunsuzluğa yol veririk. Daha çox aptekdən özümüz aldığımz dərmanları qarışdırırıq.

“Medicina” xəbər verir ki, Sankt-Peterburq SM-Klinikasının baş həkimi, kardioloq Valintina Baydinanın sözlərinə görə, çoxları həkimə müraciət etmədən və təlimatları oxumadan müxtəlif dərmanları ard-arda, eyni vaxtda qəbul edir.


“Məsələn, baş ağrısı, soyuqdəymə, öskürək və ya allergiyanı müalicə etdiyimiz bəzi tabletlər, tozlar, məhlullar müxtəlif xroniki patologiyaların müalicəsi üçün təyin olunan dərmanlarla ciddi şəkildə ziddiyyət təşkil edə bilər. Nəticədə, bomba təsirli bir qarışıq əldə edə bilərsiniz. Dərman kombinasiyaları ağırlaşmalara səbəb olacaq təhlükəli birləşmə yarada bilər.


Adətən dərmanın təlimatlarında, içlik kağızında bunlar qeyd olunur. Amma bunu xəstələr oxumur. Ona görə də, hipertoniya, koronar arteriya xəstəliyi və ya digər xroniki xəstəlik üçün qəbul edilən əsas dərmanla yanaşı, hansısa dərman qəbul etmək lazımdırsa, həkimlə məsləhətləşməli və ya heç olmasa təlimatları uzlaşdırılmalıdır”.


Problem onda deyil ki, dərmanlar təsir etməyəcək. Hər şey daha təhlükəlidir. Bəzi dərman birləşmələri ölümcül təhlükəli ola, insanı komaya sala bilər.


“Bir xəstə mövsümi və ya davamlı allergiyadan əziyyət çəkirsə, onlara antihistamin təyin edilə bilər. Burun axması və öskürək ilə müşayiət olunan allergiya fonunda soyuqdəymə baş verdikdə, müxtəlif öskürək siroplarından və ya həblərdən istifadə edirlər.

Üstəlik, reseptsiz satılan bir çox öskürək və antiallergik dərmanların tərkibində oxşar maddələr ola bilər.
Oxşar təsirə malik, eyni təsir göstərən iki və ya daha çox dərman vasitəsinin birgə istifadəsi qaraciyərdə və qanda toksik səviyyələrinin artmasına səbəb ola bilər.

Sakitləşdirici təsir kəskin şəkildə arta bilər, bu da yolda olanlar və sürücülər üçün təhlükəlidir. Bundan əlavə, bu cür birləşmələr iştaha və yuxu pozğunluğuna, ağır yuxuya, yuxuda ölümə gətirib çıxarır”.


Aygün Musayeva