Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir məktəbin 100-ə yaxın şagirdinin beynində eyni növ xərçəng tapılıb - Həkimlər ŞOKDA

  • 2022.04.22 14:11
  • 2753 Baxış
Bir məktəbin 100-ə yaxın şagirdinin beynində eyni növ xərçəng tapılıb   -  Həkimlər ŞOKDA



Tibb tarixində nadir hadisələrdən biri Nyu-Cersidə baş verib.

Şəhərin bir orta məktəbinin 100-ə yaxın şagirddə xərçəngin nadir növü diaqnoz olunub. Onların hamısının eyni xəstəliyə düçar olması həkimləri, şəhər səhiyyə rəsmilərini düşündürüb.

Bakupost.az xəbər verir k, Vudbric orta məktəbinin 100 şagirdində xərçəngin ağır növü aşkarlanıb. Bu şagirdlər məktəbi 30 il əvvəl bitiriblər.

Nyu-Cersinin sakini Lupiano bu tibbi anomaliyanın sirrini açıb.

Belə ki, o 1999-cu ildə 27 yaşında olanda ona beynin anomal böyük şişi diaqnozu qoyulub. Tibdə elmi adı akustik nevromadır.
Bir il sonra onun arvadı və bacısında da eyni şiş aşkarlanır.

Bacısında diaqnoz olunan şiş 1 milyon insanda 30 halda rast gəlinən forma idi.

"Bizim nevroloq dünya üzrə neyrocərrahiyyə sahəsinin lider həkimidir. O bizə dedi ki, karyeram dövrümdə ilk dəfədir ki, ər-arvadda, yəni bir ailə üzvündə eyni beyin şişi görürəm. Bu, 1 milyardda bir rast gəlinə bilər.

Bu məsələ həkimi də, məni də çox düşündürdü. Çünki arvadım, mən, bacım eyni ərazidə yaşayırdıq, eyni məktəbdə oxumuşduq. Həkimlər dedi ki, belə şişlər çox güclü radioasion şüalanmadan ola bilir".

Bundan sonra Lupiano bacısı və özünün oxuduğu məktəb ərazisinə yaxın yerdə 20 il əvvəl zavod tikintisi və ya söküntüsü getdiyini xatırladı.

O, bacısı və özü ilə eyni illərdə təhsil alan şagirdlərin onunla əlaqə saxlaması üçün elan verir.

11 apreldə məlum olur ki, eyni orta məktəbdə həmin 5 il ərzində oxuyan insanlardan daha 100 nəfərində bu xərçəng növü aşkarlanıb.
"Ötən ay 100-cü adam mənə yazaraq, onun da başında şiş tapıldığını bildirdi. O məktəbin keçmiş müəllimi idi. Mən dəhşətə gəldim ki, belə bir sirrin üstünü aça bilərəm. 100 insna, 100 ailə eyni məktəbin səbəbindən bu gün əziyyət çəkir.

Lupiano özü ekoloqdur, o rayon üzrə torpaqlardan toksin analizləri götürərək, məktəb ərazisinin radioaktiv çirklənməyə məruz qaldığını dəqiqləşdirib.

Bundan sonra şəhər veri yerli səhiyyə və sosial xidmətləri ilə birgə Vudbric məsələsini nəzarətə götürüb, təhqiqata başlayıblar.
Mer bildirib ki, bütün şəhər istəyir ki, məktəbdə baş verənlərin əsl səbəbini hər kəs bilsin.

Lupiano ehtimal edir ki, orta məktəb ərazisinin çirklənməsinə potensial səbəb Middlsek zavodu ola bilər.

Hazırda bağlı olan zavod o vaxt ABŞ ordusunun balansında idi. Bura Afrika mədənlərindən uran nümunələri gətirilib, analiz olunurdu. Uran rudu milli atom enerjisi proqramında istifadə olunurdu.

Zavod 1939-1968-ci illər ərzində uran, tor, berill qəbul edirdi. 1969-cu ildə Colonia High məktəbi tikilib, o ildən zavod bağlanıb. Lakin zavoddan radioaktiv izlər və materiallar qalaraq, illər ərzində yağış və külərlə ətraf evlərə, torpağa, suya yayılıb.

Çox güman ki, zavodun ərazisi radioaktiv çirklənmiş olub və yerli dairələr gələcək təhlükəni görməyib. Təhqiqatın sonunda zavodun 100-lərlə insanın xərçəng olmasında rolu sübut olunsa, sığorta və ABŞ hökuməti bu ailələrə milyonlarla dollar kompensasiya ödəməlidir.


Aygün Musayeva
BakuPost