Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir kişi 2 saatdan çox oturmamalıdır - Uroloq

  • 2025.01.31 21:57
  • 343 Baxış
Bir kişi 2 saatdan çox oturmamalıdır   - Uroloq


Kişilər üçün uzun müddət oturmaq zərərlidir.

Uzun müddət oturmaq kişilərdə sidik-cinsiyyət sisteminə zərərli təsir göstərir.

“Medicina” xəbər verir ki, uroloq Artur Boqatırev oturaq həyat tərzinin kişilərin sağlamlığı üçün zərərlərini sadalayıb.


“ Kişilərdə, xüsusən gənclərdə oturaq həyat tərzi kiçik çanaq orqan damarlarında qan dövranının pozulmasına gətirib çıxarır.

Bu da prostat vəzində iltihablı proseslərə, çanaq və xayanın varikoz genişlənməsinə səbəb ola bilər.


Kişilərin oturmağa meyilliyiqan və limfanın durğunluğuna səbəb olur ki, bu da prostat vəzinin oksigen aclığına və immunitetinin azalmasına səbəb olur.

Belə şəraitdə prostat vəzi iltihablana bilər ki, bu da prostatitin inkişafına səbəb olur.

Eləcə də uzun müddət oturmaq əsas kişi cinsi hormonu olan testosteronun istehsalına mənfi təsir göstərir.

Uzun müddət stulda, divanda, kresloda, hətta avtomobildə oturan zaman qasıq nahiyəsi istər-istəməz qızır və orada temperaturun artması (yəni xayaların) sperm keyfiyyətinin pisləşməsinə və testosteron istehsalının azalmasına səbəb olur”.


Həkim kişilərə hər 1 saatdan bir qalxmağı, gəzməyi, piyada gəzməyi, gün ərzində ard-arda 2 saatdan artıq oturmamağı tövsiyə edib.


Aygün Musayeva