Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir iynə ilə bel, diz ağrılarına son – Azərbaycanda ilk proloterapiya mütəxəssisindən açıqlama

  • 2019.02.11 18:00
  • 24621 Baxış
Bir iynə ilə bel, diz ağrılarına son –  Azərbaycanda ilk proloterapiya mütəxəssisindən açıqlama
Proloterapiyaya aid olan xəstəliklər: sinir sistemi, əzələ, oynaq, onurğa xəstəliklərdir.

Bizə əsasən bel, diz, ayaq, sinir, onurğa, boyun, baş ağrıları ilə xəstələr müraciət edir.


Nevroloq Sevinc Heydərova artıq 7 ildir ki, nevroloji fəaliyyəti ilə yanaşı Proloterapiya metodunu da xəstələrdə tətbiq edir. O, ən ümidsiz xəstələrin belə ayağa qalxaraq, həyatına davam etməsinə nail olub. 


Medicina.az boyun, bel, onurğa, diz ağrılarını bir iynə ilə, əməliyyatsız müalicə edən Proloterapiya barədə həkimin müsahibəsini təqdim edir:


-Sevinc həkim,  prolotorepiya necə metoddur və əsas məqsədi nədir?


-Proloterapiya regenerativ  tibbə daxildir. İnsan orqanizmi özü sanki bir aptek deposudur, onun öz sağalma və özünümüdafiə sistemi vardır. Proloterapiya bu sağalma  sistemini aktivləşdirir, zədələnmiş oynaq və nahiyədə sağalma prosesini daxildən işə salır.


Bizim mərkəzdə proloterapiyanın bütün növləri tətbiq olunur: prolefrotiv məhlul, PRP, kök hüceyrə, plasentar proloterapiya. Bu metodların hər biri üzrə uğurlu müalicə təcrübələrimiz var, hansı ki, yeriyə bilməyən xəstə bu müalicədən sonra yeriyib.  Rentgen görüntülərində  4-cü dərəcədən I dərəcəyə gətirdiyimiz artroz xəstəliyi təcrübəmiz vardır. 


Proloterapiya 1940-50-ci illərdə Amerikada kəşf olunub. Bu gün də  Amerika və Avropada geniş tətbiq olunur. Ölkəmizdə də 7 ildir mən tətbiq edirəm.  


Proloterapiyaya aid olan xəstəliklər: sinir sistemi, əzələ, oynaq, onurğa xəstəliklərdir. Bizə əsasən bel, diz, ayaq, sinir, onurğa, boyun, baş ağrıları ilə xəstələr müraciət edir.


Onların demək olar, çoxuna əməliyyat məsləhət görülmüşdü, amma biz proloterapiya ilə onları əməliyyatdan xilas edib, müalicə etmişik.

Proloterapiya invaziv müdaxiləsizdir, heç bir kəsik, çapıq, müdaxilə yoxdur, bir iynə ilə keçirilir. Ağrısızdır, zərərsizdir, xəstənin klinikada qalmasına ehtiyac yoxdur. 

 



 

-Bu metod üçün yaş məhdudiyyəti varmı və konkret kimlər proloterapiyaya müraciət edə bilər?


-Bu metod hər yaşda tətbiq olunur. Tərkibində ağrıkəsici, hormonal dərmanlar yoxdur. Ona görə uşaq və yeniyetmələr üçün də uyğundur. Heç bir zərəri, heç bir orqana yan təsiri yoxdur.


Proloterapiyanın tətbiq sahələri genişdir: əzələ-oynaq xəstəliklərindən – diz ağrıları, artrozlar, çiyin ağrıları, boyun, bel, kürək ağrıları, boyun, bel yırtığı, protruziyalar və s. bu kimi problemləri saymaq olar.


Proloterapiya 30-40 dəqiqə vaxt aparır, ondan sonra gedir, gündəlik fəaliyyətinə davam edir. 3 həftə ərzində sağalmanı gözləyir və bu müddətdən sonra xəstə kontrola gəlir və bu müddətdən sonra ağrılarda azalma, tam itmə, gəzmədə, hərəkətlərində yaxşılaşma, aktivlik olduğunu bildirir.


Bu kimi problemləri, ağrıları olan xəstələrə demək istərdim ki, proloterapiya etdirmədən əməliyyat qərarı verməyin. Bu metodu sınayın. Çünki proloterapiya sizi əməliyyat, müalicə, artıq fizioterapiya kimi prosedurlara vaxt və pul xərcərindən azad edəcəkdir.


Proloterapiya zədələnmiş nahiyəni, oynağı müalicə edir: qığırdaq bərpa olur, bağlar güclənir, orqanizm özü həmin oynağı müalicə edir. 


-Beldə yırtığı olan xəstəyə tutaq ki, həkimlər əməliyyat təyin edib, xəstə də güclü ağrılardan əziyyət çəkir. O xəstə nə etsin?


-Əməliyyat hər zaman mümkündür, amma o son çarədir. Belə deyim, əməliyyat zamanı orda diskin bir hissəsi çıxarılır. Çıxarılmış disk bir çözüm deyil. Çünki orda bir disk yoxdur, çoxdur. Orda əzələ və bağlar zədəli qalır və növbəti yeni yırtıqların yaranmasına zəmin var. İnsan ömür boyu hər yırtıq yarandıqca ağır əməliyyatlara girib, disklərini çıxara bilməz.


Və yaxud dizdə Meniks yırtığı əməliyyat olunsa da orda diz artrozu yaranması riski yaranır.  Ona görə bütün dünyada dizdə bu yırtıq əməliyyatdan öncə regenativ metodlarla müalicəyə cəlb olunur. Öncə proloterapiya olunur, Meniksin bərpası üçün tədbirlər görülür. Ona görə bu sadaladığım problemləri olan xəstələr ağır ağrıkəsici, hormonal müalicələrdən, fizioterapiyadan və əməliyyatdan öncə bizə müraciət etsələr, biz onlara əməliyyatsız müalicə ilə bağlı kömək edə bilərik.

 

Həkimlə Əlaqə:  
055 307 07 76
 



 AYGÜN MUSAYEVA

 

Bir iynə ilə bel, diz ağrılarına son –  Azərbaycanda ilk proloterapiya mütəxəssisindən açıqlama
Bir iynə ilə bel, diz ağrılarına son –  Azərbaycanda ilk proloterapiya mütəxəssisindən açıqlama