200 il əvvəl icad edilən şəkərə, eləcə də karbohidratlara insan orqanizmi uyğunlaşmayıb. Hər bir insan bir il ərzində təxminən 70 kq şəkər qəbul edir, bu, insan bədəninin çəkisi qədərdir.
Şəkər qəbulu nəticəsində mədəaltı vəzimiz yüklənir, əvvəlcə 2 – ci tip şəkərli diabet - məsələn, konsulin tolerantlığı və sonra 1 – tip diabet xəstəliyinə səbəb olur.
Narkotik aludəçisi bir neçə saatdan bir iynə vuran kimi, şəkəri də beləcə qəbul edirik. Buna görə də yeganə xilas yolu məhsulu qadağan etmək lazımdır.
“Medicina” xəbər verir ki, Danimarkalı dietoloqlar 6 il əvvəl şəkərin yumşaq dərman kimi istifadə edilməsini, istehsalını və satışını qadağan etməyi təklif etmişdilər, lakin şəkər mafiyası narkotik mafiyasından da nüfuzlu olduğu üçün buna imkan vermədi.
Bəşəriyyət tarixində köləliyin bərpa olunduğu yeganə yol Cənubi Amerikanın şəkər plantasiyaları idi. Çünki orada hazırladıqları heroin, kokain kimi Avropanın bazarlarına daxil olan şəkərin qiyməti baha idi. Gəmilərlə daşınan ağ şəkər o qədər rentabelli idi ki, apteklerde qramı cox baha satilirdi. Karbohidrat asılılığına səbəb olan və insana ölüm gətirən şəkər beləcə dünyaya yayıldı və qiyməti də ucuzlaşdı.
Kimyəvi səviyyədə, adət etdiyimiz şəkər tozu iki molekulun birləşməsidir - fruktoza və qlükoza, saxaroza əmələ gətirir.
Şəkər dərman kimi həddindən artıq dopamin istehsalını təhrik edir. Beyində qlükozanın kəskin sıçrayışı əlavə doza ehtiyacına səbəb olur və beyin bu qida çağırışını real aclıqdan fərqləndirmir. Beta-endorfin reseptorları və dopamin istehsalı aktivləşir. Həmçinin, şəkər beynin rahatlıq, təhlükəsizlik, istirahət hissinə kömək edir: bu reaksiya uşaqlıqdan ana südündəki təbii şəkərdən asılılıq səbəbindən irəli gəlir.
Orqanizmdə endorfin istehsal etmək üçün kifayət qədər şəkər olmayan kimi əhval dəyişikliyi, əsəbilik, aqressivlik dərhal özünü göstərir
Şəkər həyati vacib orqanlara mənfi təsir göstərir. B qrup vitaminləri yuyulur, fosfor və kalsium balansı pozulur, ürək, böyrəklər, mədəaltı vəzi və digər orqanlarda problemlər yaranır.
Son araşdırmalara görə, immunitet sisteminin müqaviməti də qanda şəkərin səviyyəsindən birbaşa asılıdır. Bu gün dünyada şəkər pandemiyası hökm sürür.
Günay Quluzadə