Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir ilə xərçəngin dərmanını tapacağıq – İsrail alimlərindən İDDİA

  • 2019.12.18 19:41
  • 3160 Baxış
Bir ilə xərçəngin dərmanını tapacağıq –  İsrail alimlərindən İDDİA

İsrail farmakoloji kompaniyası Accelerated Evolution 1 il sonra “xərçəngdən tam müalicə edən dərmanı” təqdim etməyə hazırlaşır.

Kompaniyanın rəhbəri Den Aridorun açıqlamasına görə, bu tibdə inqilabi dönəm olacaq.

“Bu dərman ilk gündən nəticə verəcək, bir neçə həftəyə tam təsirini göstərəcək, əks zərərləri isə minimumdur. Qiyməti hazırda bazarda olan dərmanlardan da ucuz olacaq”.

MuTaTo adlanacaq dərman şiş hüceyrələrini bir neçə pepdidlərlə zədələyir. Bu çoxplanlı hücum antibiotik təsirinə bənzəyir.


Kombinə edilmiş peptidlər xərçəng hüceyrələrini məhv etməyə və mutasiyalara imkan verməməyə qadirdir.
Eləcə də bu dərman konkret olaraq xərçəngin tipinə uyğun yanaşacaq.

Şişdən biopsiya materialı alındıqdan sonra, fərdi olaraq dərmandan kokteyl hazırlanacaq.
Dərmanın laboratoriya siçanları üzərində təcrübəsi uğurla bitib.