2018-ci ildə Azərbaycanda baş verən ana və uşaq ölümlərinin sayı açıqlanıb.
Medicina.az-ın xəbərnə görə, səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir. Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-ni xilas etmək mümkün olub.
İclasda qeyd olunub ki, 2017-cü ildə 21 ana ölümü qeydə alındığı halda, cari ildə bu rəqəm 17 olub.
Medicina.az