Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bir-iki dönər”də araşdırmalara başlanıldı - Zəhərlənmə faktı

  • 2019.09.18 18:23
  • 7720 Baxış
"Bir-iki dönər”də araşdırmalara başlanıldı -  Zəhərlənmə faktı

Bakıda məşhur dönərxanalardan birində baş vermiş zəhərlənmə ilə əlaqədar araşdırmalara başlanılıb.


Medicina.az xəbər verir ki, Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olmuş məlumat əsasında Bakıda yerləşən "Bir-iki dönər" adlı ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:


"Hazırda araşdırma davam etdirilir, ictimai iaşə müəssisəsində istifadə olunan qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Araşdırmanın nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərlər görüləcək".


AQTA vətəndaşlardan xahiş edir ki, onlarda istehlak etdikləri qida məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şübhə yaranarsa, bununla bağlı Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat versinlər.


Xatırladaq ki, sosial şəbəkələrdə adıçəkilən dönərxanada 2 nəfərin zəhərlənməsi il bağlı məlumat yayılıb.