Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir gündə koronavirusdan 56 nəfər öldü

  • 2021.06.25 21:43
  • 1345 Baxış
Bir gündə koronavirusdan 56 nəfər öldü
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 56 nəfər həyatını itirib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 936 nəfər test edilib, onların 5 min 630-nun koronavirus testi pozitiv nəticə verib, 7 min 184 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 737 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 min 473 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 398 min 878 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 261 min 892 nəfəri müalicə olunaraq evə buraxılıb.