İtaliyada son 24 saat ərzində COVID-19-un səbəb olduğu xəstəlikdən 756 nəfər ölüb.
Medicina.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjello Borrelli bildirib.
O, qeyd edib ki, hazırda ölkədə koronavirusdan ölənlərin sayı 10 779 nəfərdir. Bundan başqa müalicə olunaraq sağalanların sayı isə 646 nəfər artaraq 13 030 nəfərə çatıb.
Pandemiyanın başlanmasından bəri virusa yoluxanların (ölənlər və müalicə alanlar da daxil olmaqla) ümumi sayı 97 689 nəfərdir.