Gürcüstanda ötən sutkada koronavirusa 4 104 yeni yoluxma halı təsdiqlənib, 4 627 nəfər müalicə olunaraq sağalıb, 67 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 752 855 nəfərdə aşkarlanıb. Onların 688 781-i sağalıb, 10 435-i isə dünyasını dəyişib.
Bu günə olan aktiv xəstə sayı 53 613 nəfər təşkil edir.