Bir gündə 6 plastik əməliyyat etdirən qadın öldü

  • 2024.10.09 20:11
  • 532 Baxış
Bir gündə 6 plastik əməliyyat etdirən    qadın öldü


İdeal bədən quruluşu arzusunda olan bir çox qadınlar kimi Vivian Lira da internetdən tapdığı estetik cərraha əməliyyat etdirib.

“Medicina” xəbər verir ki, Braziliyalı qadın eyni gündə bədənində 5 əməliyyatı birdən etdirib: liposaksiya, süd vəzi, omba əməliyyatı və s.

8 saat çəkən əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və onu emboliya, ağır infeksiya diaqnozu ilə reanimasiyaya yerləşdiriblər. Lakin 22 gün sonra 24 yaşlı qadın ölüb.

Ailəsi bildirir ki, son 3 sutkaya qədər o anlaqlı vəziyyətdə idi və doğmaları ilə vidalaşırdı.
Qadının əri cərrahdan şikayət edib.

Aygün Musayeva

Bir gündə 6 plastik əməliyyat etdirən    qadın öldü