Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir gündə 44 nəfər öldü - Son sutkanın statistikası

  • 2021.08.31 17:17
  • 1419 Baxış
Bir gündə 44 nəfər öldü -  Son sutkanın statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib. 53 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, bu günə qədər isə ümumilikdə 4 461 937 test icra olunub.