Gürcüstanda son sutkada daha 2 622 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, 28 pasiyent vəfat edib, 1 126 nəfər isə müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 956 032 nəfər yoluxub. Onların 911 666-sı sağalıb, 14 156-sı isə ölüb.