Ermənistanda son sutkada daha 801 nəfər COVID-19-a yoluxub.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 185 020-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 24 nəfər artaraq 3 384-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 862 nəfərdir. İndiyədək 168 721 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11 602 aktiv koronavirus xəstəsi var.