Ermənistanda son sutkada koronavirusa 595 yoluxma qeydə alınıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 214 064-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 058 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 195 701 nəfər sağalıb. Hazırda 13 297 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.