Rusiyada son sutka ərzində daha 38 420 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Medicina.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 9 109 094 nəfərə çatıb.
Son sutka ərzində 1211 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 256 597 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.