Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir gündə 113 mindən çox yoluxma - Rusiyada statistika

  • 2022.01.29 13:19
  • 2367 Baxış
Bir gündə 113 mindən çox yoluxma -  Rusiyada statistika
Rusiyada son sutkada 113 122 yeni yoluxma faktı aşkarlanıb.

Medicina.az “Radio Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 14 570 nəfər koronavirus səbəbindən xəstəxanaya yerləşdirilib, 668 xəstə infeksiyadan dünyasını dəyişib.

Beləliklə, pandemiya dövründə Rusiyada 11 615 779 koronavirusa yoluxma halı qeydə alınıb, 330 111 nəfər isə ölüb.