Ermənistanda son sutkada daha 1 257 nəfərdə COVID-19 aşkarlanıb.
Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 187 441-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 416-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 871 nəfərdir. İndiyədək 169 727 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 13 427 aktiv koronavirus xəstəsi var.